Xəbərlər

Əsas səhifə

İCTİMAİ-SİYASİ SABİTLİYİN KEŞİYİNDƏ

22.06.2015

Kifayət qədər mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan ölkəmizə qarşı yönələn bütün daxili və xarici təhdidlərə rəğmən bu gün ardıcıl inkişaf yolunda əzmlə irəliləyir. Bütün dünyada siyasi, iqtisadi və hərbi böhranların davam etdiyi mövcud dönəmdə respublikada tam ictimai-siyasi sabitlik hökm sürür, dünyanın iqtisadi-maliyyə böhranında çarpışdığı məqamda dövlətimizin iqtisadi gücü, insanların isə sosial rifahı yüksəlir. Dünyadakı proseslərin əsas göstəricisi qlobal miqyasda iqtisadi tənəzzül və siyasi sabitsizlik olsa da, Azərbaycanda bunların tam əksi yaşanır.

Şübhəsiz ki, bu uüurların mənbəyi Heydər Əliyev siyasətinin uüurla və yaradıcılıqla davam etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün dövlətimizin bütün tarix boyu ən möhtəşəm və qüdrətli dövrünə gəlib çatması isə hər bir vətəndaşın qürur mənbəyidir. Nailiyyətlər bütün sahələrdə əldə olunur və dövlət idarəçiliyinin hər bir istiqamətində aparılan məqsədyönlü islahatlar səmərəli nəticələr verməklə yanaşı, dövlətimizin güclənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə böyük töhfələr verir.

Bu nailiyyətlər silsiləsində xüsusi yer tutan daxili işlər orqanlarının fəaliyyəti də hər bir insanın gözü önündədir və əslində, bu xidmətin əsas mahiyyəti də məhz bizlərin asayişinin və təhlükəsizliyinin təminatına yönəlib. Politologiyada dövlətlərin təşəkkül tapması tarixindən söhbət açılarkən, polis anlayışından (ya da ki, onun hər dövrə aid xidmət analogiyasından) mütləq istifadə edilir. Dövlət təsisatının yarandıüı dövrlərdə, uzun əsrlər öncəki təsəvvürlərə görə, dövlət elə polis - asayişi qoruyan, təhlükəsizliyi təmin edən demək idi. O zamandan bəri insanların dövlət haqqında düşüncələri xeyli dəyişsə, təkmilləşsə də, polis yenə dövlətin əsas sütunlarından biri olaraq qalır.

Azərbaycandakı ictimai-siyasi sabitlik mühitindən, dünyanın hətta ən inkişaf etmiş ölkələrində yaşayan insanların belə həsəd apara biləcəyi təhlükəsiz həyat tərzindən məmnunluqla istifadə edərkən hərdən bizlərə elə gəlir ki, bu, elə əzəldən belə olub. Xüsusilə 1993-cü ildən sonra dünyaya gəlmiş gəncləri, yeniyetmələri cəmi 21 il əvvəl cəmiyyətimizdə baş verənlərə inandırmaq çox çətindir.

Həm də ona görə çətindir ki, küçəyə çıxmağın belə təhlükəli olduüu o ağır illərin silahlı qarşıdurmalarını, cəmiyyətin xaotik durumunu, nizamsızlıüı, cinayətkarların, cinayətkarlıüın meydan sulamasını artıq özümüz də unutmuşuq, arabir qorxulu bir yuxu kimi xatırlayırıq. Və öz qətiyyətli siyasəti ilə cəmiyyətimizə qaydalar gətirən, xaosu, nizamsızlığı aradan qaldıran, ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyevə, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olmalıyıq. Eyni zamanda, dövlət rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasəti illərdir şərəflə icra etməkdə olan Azərbaycanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının fədakar xidmətini qeyd etməliyik. Bunu son 20 il ərzində daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə Azərbaycan polisinin cinayətkarlıüa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində gördüyü işlərin, həyata keçirdiyi əməliyyat tədbirlərinin statistikası da bir daha təsdiqləyir.

Bir neçə məqama diqqət edək: Azərbaycan bu gün MDB və Avropa məkanında cinayətkarlığa qarşı mübarizədə və kriminogen duruma nəzarət sahəsində ən yaxşı göstəriciyə sahibdir. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 20 ildə orta hesabla 221 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətlərin orta illik açılması 90 faiz olub. Qeydə alınan hüquqazidd əməllərin 90 faizini məqsədyönlü profilaktik tədbirlər sayəsində, böyük ictimai təhlükə törətməyən və az aüır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edib. Bu illərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 35 mindən artıq odlu silah yığılıb. Və son 20 ildə onun tətbiqi ilə törədilən cinayətlərin sayı 6,2 dəfə azalıb.

Axtarışda olan 84 mindən çox təqsirləndirilən şəxs tutulub, 6 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Statistik göstəricilərdəki pozitiv məzmun 2014-cü ilin yekunlarında da özünü qoruyur. Ötən il cinayətlərin açılması 80 faizdən artıq olub. Keçmiş illərdən baülı qalmış cinayətlərin açılması 46,5, xüsusilə aüır cinayətin açılması 69,5, təqsirləndirilən şəxslərin axtarışının nəticələri 6,5, narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması 9, narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması 16, insan alverinə qarşı aparılan tədbirlərin nəticələri 21, dəymiş maddi ziyanın ödətdirilməsi 5 faiz artıb, ümumiyyətlə bütün sahələr üzrə səmərəli nəticələr əldə olunub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 aüır və xüsusilə aüır cinayət törətmiş 2212 nəfərdən ibarət 845 cinayətkar qrup zərərsizləşdirilib. Nazirliyin rəhbərliyi tərəfindən 300-dən çox, respublikanın 9 bölgəsi üzrə 1415 vətəndaşın səyyar qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

Bunlar çoxumuz üçün bəlkə də adi statistik rəqəmlərdir. Amma bu rəqəmləri təşkil edən hər bir sayın arxasında Azərbaycan polisinin böyük zəhməti, yuxusuz gecələri, cəsurluğu, fədakarlığı, silahlı cinayətkarların üzərinə gedərkən qarşılaşdığı ölüm təhlükələri və əfsuslar olsun ki, bəzi məqamlarda əməkdaşlarımızın həlak olması, yaxud ağır yaralanıb saülamlıüını itirməsi faktları dayanır. Ötən 20 ildə cinayətkarlıqla mübarizə zamanı 100-ə yaxın polis həlak olmuş, 2300-ə yaxın əməkdaş yaralanmışdır.

Sonda bir daha qeyd edək ki, Azərbaycan dövlətinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, demokratik inkişaf istiqamətində qazandıüımız mühüm nəticələr məhz cəmiyyətimizdəki ictimai-siyasi sabitliyin nəticələridir. Bu inkişaf, bu yüksəliş xətti, eyni zamanda, illərdir sabitliyin keşiyində dayanmış Azərbaycan polisinin nümunəvi xidmətindən, peşəkarlığından, fədakarlığından keçir. Unutmayaq ki, cəmiyyətimizin polisə, ümumiyyətlə bütün hüquq-mühafizə orqanlarına münasibəti həm də dövlətimizin və xalqımızın təhlükəsizliyinə, asayişinə, inkişafına münasibətini səciyyələndirir!