Xəbərlər

Əsas səhifə

Qala qəsəbə sakinindən narkotik maddə götürülüb

10.10.2020

Qala qəsəbə sakini N.Rzayevdən 2 kiloqram 266 qrama yaxın heroin, 20 qramdan cox marixuana və metamfetamin götürülmüşdür.

Xəzər RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.İsmayılov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.

DİN Mətbuat Xidmətinin məlumatına görə, 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən S.İsmayılovun ətrafında aparılmış tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Qala qəsəbə sakini, əvəllər məhkum olunmuş N.Rzayev də müəyyən edilərək saxlanılmışdır. Onun evinə baxış zamanı oradan 2 kiloqram 266 qrama yaxın heroin, 20 qramdan cox marixuana və metamfetamin götürülmüşdür.

Davam etdirilən tədbirlərlə N.Rzayevə narkotik vasitəni  satmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini, əvəllər məhkum olunmuş E.Əfqani də saxlanılmış, ondan da heroin aşkar edilərək götürülmüşdür.