Xəbərlər

Əsas səhifə

DÖVLƏTİN ALI MƏQSƏDİ - İNSAN HÜQUQLARININ TƏMİN EDİLMƏSİ

23.06.2015

 Azərbaycan polisi insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisi statusunda çıxış edir. Bu amil, ölkəmizin hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə töhfələr verir. Vətəndaşların qarşılaşdığı problemlərinin həllinə səy göstərən polis qanun çərçivəsində imkanlarını bu istiqamətdə səfərbər edir. Artıq heç kimə sirr deyil ki, Azərbaycan dövlətçiliyin əsas sütunlarından biri olan polis şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində səylə çalışır, strateji dövlət siyasətinə uyğun fəaliyyət göstərir.  

İnsan hüquqları dəyərlər sistemi kimi unudulduqda, yaxud əsаs mənadan məhrum edildikdə ziddiyyətlər baş verir. Bu dəyərlər Hammurapi qanunlarından tutmuş, Poma hüququna qədər bütün bəşəri ədəbiyyatdlarda da əksini tapıb. Yunan professoru Kostas Duzinas 2000-ci ildə nəşr edilən “İnsan hüquqlarının sonu” kitabında yazırdı ki, insan hüquqlarının nikbin gələcəyi naminə biz konkret olaraq müəyyən etməliyik: insan hüquqları bizə hansı məqsədə çatmaq üçün lazımdır? Məsələn, Platon və Aristotel insan hüquqlarının məqsədiнi ədalətə nail olmaqdа görürdü, “insan hüquqları fərd üçün deyil, cəmiyyət üçün mövcud idi”. İnsan hüquqları dedikdə təsəvvürə çoxsaylı məna çaları gəlir.

Deyirlər ki, insan hüquqları fəlsəfədir, dəyərlərlə, insanın dünyagörüşü ilə baülı məsələdir, yalnız məişət probleminin həlli ilə bağlı deyil. İnsan hüquqları - bir ideya və ideologiyadır, Qərb-Avropa sivilizasiyasının gətirdiyi ideyadır: İnsan hüquqları - konsepsiyadır, insan hüquqları - normalar sistemidir, beynəlxalq və milli qanunvericiliklərdə təsbit edilmiş normaların məcmusudur. Bir-biri ilə sıx bağlı olan bu yanaşmalarda vəziyyətdən asılı olaraq hüquqlara kim nə məna verirsə, o cür də dəyərləndirmə baş verir. Bütün problemlər, fikir ayrılıqları da buradan qaynaqlanır.

Cəmiyyətin əsas qanunu

“İnsan hüquqları bizə hansı məqsədə çatmaq üçün lazımdır” sualına cavab axtararkən məlum olur ki, hər bir inkişaf etmiş dövlət özünün daxili və xarici siyasətində vətəndaş maraqlarını həm də qanunla tənzimləyir. Beynəlxalq səviyyədə ilk dəfə olaraq məhz 1948-ci il dekabrın 10-da qəbul olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquq və azadlıqlarının “kataloqu” müəyyən edilib. Orda xüsusi vurğulanır ki, hər bir şəxs malik olduğu hüquq və azadlıqlardan yalnız o halda tam bəhrələnə bilər ki, o bu zaman sui-istifadəyə yol verməsin. Deməli, hər bir dövlətin fərd və cəmiyyət qarşısında vəzifələri var və o, həmin vəzifələri səmərəli yerinə yetirməyə borcludur.

Azərbaycan Konstitusiyasında bu suallara birmənalı cavab verilir. Yəni, Azərbaycan xalqı insan hüquqlarına və demokratiyaya münasibətini referendum yolu ilə qəbul etdiyi Əsas Qanunda dəqiq və birmənalı müəyyənləşdirib. О maddələr ki, Konstitusiyamızda bir sıra müddəaların dəyişdirilməsinin qeyri-mümkünlüyü qeyd olunub. Azərbaycanın demokratik və hüquqi dövlət olmasını bəyan edən 7-ci maddə bu  müddəalar sırasındadır. 7-ci maddədə başqa bir prinsipial müddəada təsbit olunur ki, Azərbaycanda dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır.

Bununla dövlətin üzərinə həm də belə bir vəzifə qoyulur ki, hakimiyyət insan hüquqlarını təmin etməklə həyata keçirilməlidir və əslində, bu məqsədə xidmət etməlidir. Bu ideya daha aydın şəkildə Konstitusiyanın 12-ci maddəsində öz əksini tapır. Həmin maddədə insan hüquqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilir. Bundan əlavə, Konstitusiyada göstərilib ki, bütün dövlət orqanları - qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları insan hüquqlarını gözləməli və qorumalıdırlar.

Polis - İnsan hüquqlarının təminatçısı

Dövlətin ən mühüm prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqları Polis haqqında Qanunda da kоonkret istiqaməti müəyyən olunub. Ona görə ki, hüquqi dövlət dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaş hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. İctimai sabitliyin  hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu da polis haqqında qanunda tam dolğunluğu ilə göstərilir.

Qanunun 5-ci maddəsində vurğulanır ki, polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq insanların hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur. Bu maddələrdə vurğulanan əsas məsələ ondan ibarətdir ki, dövlət quruculuğunun əsas cəhətlərindən biri kimi qanunçuluğun, şəxsi və ictimai təhlükəsizliyin təmin olunmasında bu sahə strateji xarakter daşıyır. Bəzən təsəvvür və izah edildiyi kimi bu, sadəcə, qanunun tələbi yox, Azərbaycan cəmiyyətində polisin mənəvi öhdəçiliyi kimi qəbul olunub.

Bütün dövrlərdə və ya bütün ölkələrdə hüquqi islahatlar, dövlət nümayəndəsi olan polisin fəaliyyəti birmənalı qarşılanmır. Əksər hallarda qeyri-adekvat reaksiya müşahidə olunur. Onun tərəfdarları da, əleyhdarları da olur. Təhlil və ümumiləşdirmələr də sübut edir ki, Azərbaycan polisi qabaqcıl dünya təcrübəsindən islahatlar gedişində bəhrələnir, ən yaxşı olanın qəbul edilməsi və seçilməsinə son dərəcə həssas yanaşır. Deməli, hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsi diqqət mərkəzində saxlanılır.

Qanuna görə, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhəli bilinən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək də qadağandır. Qanunda o da xüsusi vurğulanır ki, polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir.