Xəbərlər

Əsas səhifə

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış

26.10.2020

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də Pirallahı qəsəbəsindəki rayon telefon qovşağına məxsus 80 metr uzunluğunda kabeli kəsərək oğurlamaqda şübhəli bilinən Pirallahı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Əbdürəhmanov saxlanılmışdır.
 
Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-nə keçən gecə Babək prospektindəki dönərxanaların birindən 100 manat pul, 650 manat dəyərində samovar, dönər aparatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisində bir avtomobildən 400 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Abdullayev saxlanılmışdır.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Məmmədov oktyabrın 25-də rayon ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini N.Məmmədov oktyabrın 26-da Talıblı küçəsində avtomobillə birgə saxlanılmışdır.
Bir daha avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli insanlara etibar edin. Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər.