Xəbərlər

Əsas səhifə

Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılmışdır

10.01.2021

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə yanvarın 7-də “UPD” qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əliyevin “VAZ-2104” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olmuşdur.
Dərhal başlanılan əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ramazanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülmüşdür.
Araşdırmalarla onun F.Məmmədova məxsus “Reno” markalı avtomobildən oğurluq etməsi və bu hadisələri Bakı şəhər sakini B.Cəlilov və  Ağdam rayon sakini Ş.Nəcəfov ilə birgə törətməsi müəyyən edilmişdir. B.Cəlilov və Ş.Nəcəfov da polis əməkdaşları tərəfindən saxlanılmışlar. Şəxsi axtarış zamanı B.Cəlilovdan 3 qrama yaxın, Ş.Nəcəfovdan isə 4 qrama yaxın heroin götürülmüşdur.
Ətraflarında aparılmış tədbirlərlə onların Q.Pirəliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən edilmişdir. E.Əliyevə məxsus avtomobil Hövsan qəsəbəsi ərazisində tapılmışdır.