Xəbərlər

Əsas səhifə

Bakıda avtomobil oğurlayan şəxs saxlanıldı

11.01.2021

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 6-na keçən gecə rayon ərazisindən D.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil yanvarın 8-də A.Heydərov küçəsində tapılmışdır.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Süleymanov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.