Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Martın 3-də saat 3 radələrində paytaxtın Nizami rayonunun ...

03.03.2019

Martın 3-də saat 3 radələrində paytaxtın Nizami rayonunun T.Abbasov küçəsində Bakı şəhər sakini F.Nəzirovun bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Faktla bağlı cinayət işi başlanılmışdır. Birgə keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qazıyev saxlanılmışdır.