Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları...
13.03.2019
Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 1-də rayon ərazisindəki mağazaların birindən 200 manat oğurlaması da müəyyən edilmişdir.
Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən martın 11-nə keçən gecə Maştağa qəsəbəsi ərazisindəki mağazaların birindən 3000 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağacanov saxlanılmışdır.
Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-nə keçən gecə Albalılıq qəsəbəsindəki evlərdən birinin qarşısından 10 ədəd avtomobil diskini oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılmışlar.
Narkotik vasitə ilə tutulmuş E.Fətullayevin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 11-dən cari il martın 11-dək olan müddətdə rayon ərazisindəki 10 mənzilin su sayğaclarını oğurlaması da müəyyən edilmişdir.
Paytaxtın Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 8 nəfər, o cümlədən 4 qadın və 4 azyaşlı saxlanılmış, barələrində protokollar tərtib edilmişdir.