Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Oğurluq etdiyinə görə tutulmuş C.İsmayılovun ətrafında Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən...

23.03.2019

Oğurluq etdiyinə görə tutulmuş C.İsmayılovun  ətrafında Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 evdən 4000 manat dəyərində qızıl-zinət və geyim əşyaları, “Niva” markalı bir avtomobildən məişət əşyaları, 1 mağazadan və orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1300 manat pul, digər mağazadan 160 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.

Narkotik vasitə ilə tutulmuş S.Məhərrəmovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki marketlərin birindən 850 manat pul və 400 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş R.Ələsgərovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini olan bir qadının 600 manat pulunu və mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 146 manat və televizor oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakinləri F.Rzayev və V.Seyfullazadə  saxlanılmışlar. V.Seyfullazadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun digər bir evdən 410 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlaması  da müəyyən edilmişdir.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Cavid prospektindəki evlərdən birinin yardımçı otağından su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Həsənov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun C.Əzməmmədovun “Zontes” markalı motosikletinin hissələrini, 1 qarajdan təmir-tikinti alətləri və 1 evin zirzəmisindən 2 ədəd velosiped və açar dəsti, 1 qadının mobil telefonunu və 1 evdən 5 ədəd karniz oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki kompyuter oyunları salonlarının birindən 2845 manat dəyərində kompyuter və aksesuarlar oğurlamaqda şübhəli bilinən qrupun üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Zeynallı saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 971 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Z.Bəkirova saxlanılmışdır.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.Ələkbər qızı saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 2 həyətyanı sahədən 1 baş inək və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar C.Əliyev və qardaşı Kamal, Daşkəsən rayon sakini olan bir yeniyetmə saxlanılmışlar.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 550 manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Soltanov saxlanılmışdır.