Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Aprelin 22-də saat 23 radələrində Xətai rayonunun Nobel prospektində...

22.04.2019

Aprelin 22-də saat 23 radələrində Xətai rayonunun Nobel prospektində “Audi” markalı avtomobillə yolu keçən paytaxt sakini Şamo Ağayev vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. 
Xətai RPİ tərəfindən araşdırma aparılır. 

Oğurluq etdiyinə görə tutulmuş M.Sarıyevın ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 3 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş R.Soltanın ətrafında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən 25.200 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 21-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini H.Soltanov saxlanılmışdır. 

Aprelin 22-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs E.Saidovaya zor tətbiq edərək içərisində 260 manat və 18000 rubl olan çantasını almışdır.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini F.Ağayev saxlanılmışdır.