Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən ...

19.07.2019

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olduqlarına görə 22 nəfər, o cümlədən 7 qadın, 13 azyaşlı saxlanılıb.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il martın 16-da rayon ərazisindəki marketlərin birindəki seyfdən 283 manat pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini N.İsmayılov saxlanılmışdır. 

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisində Bakı şəhər sakini B.Hüseynbəyli 1 ədəd 50 manatlıq və 4 ədəd 100 manatlıq saxta əskinasları 170 manata satarkən saxlanılmışdır. 

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 17-də Savalan yeni yaşayış sahəsindəki evlərin birindən 500 manat pul və 5000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədova saxlanılmışdır. 

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini F.Cəbrayılova məxsus avtoyuma aparatı, kompressor və 2 ədəd işıq generatorunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Mahmudov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq)  maddəsi ilə cinayət işi başlanmışdır. 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də Bakı şəhər sakini A.Rüstəmovun mobil telefonunu və içərisində 441 manat olan pul kisəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü – paytaxt sakini, əvvəllər məhkum olunmuş Q.Qurbanov saxlanılmışdır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisində “BMW” markalı avtomobildən 320 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Zeynallı saxlanılmışdır. 7-ci PB əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini A.Ağayevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş D.Cəfərov saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də rayon ərazisindəki evlərin birindən 350 manat və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini H.Quliyev saxlanılmışdır. 

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyun-iyul ayları ərzində rayon ərazisindəki 4 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, Cəlilabad rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 2-də rayon ərazisində “Toyota” markalı avtomobildən 500 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər  məhkum olunmuş E.Nəsrullayev saxlanılmışdır.