Yasamal RPİ 28-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının ...
06.08.2019
Yasamal RPİ 28-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də rayon ərazisindəki apteklərin birindən 1266 manat pul oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş P.Axundov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 6-da rayon ərazisindəki daha bir aptekdən 230 manat pul və mobil telefon oğurlaması müəyyən edilmişdir.
Avqustun 6-da saat 17 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.