Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

İyulun 22-də saat 17 radələrində paytaxtın Nizami rayonu ...

22.07.2020

İyulun 22-də saat 17 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Taleh Dadaşovun idarə etdiyi moped toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Dadaşov orada ölmüşdür. 
Nizami RPİ tərəfindən araşdırma aparılır. 

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 27240 manat dəyərində mebel və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Məmmədov və M.Qasımov saxlanılmışlar. 

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 ədəd ov tüfəngləri, habelə 3000 ABŞ dolları dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Allahverdiyev və E.Cabbarov saxlanılmışlar.