Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Noyabrın 16-da saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində ...

16.11.2020

Noyabrın 16-da saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Heydərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişinlərindən Abşeron rayon sakini Ramil Sarıyev hadisə yerində ölmüş, digər sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da Keşlə qəsəbəsindəki evlərin birindən 660 manat pul, 800 manat dəyərində qızıl qolbaq, mobil telefon və velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Şirəliyev saxlanılmışdır.