Səbail RPİ 8-ci PB əməkdaşlarının...
25.01.2021
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 5-də rayon ərazisindəki evlərin birindən 2640 manat dəyərində müxtəlif əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qazıyev və Ö.Musayev saxlanılmışlar.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsi Nizami küçəsində yaşayan A.Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, 1 ədəd “Mauzer” markalı tapança və 1 ədəd “AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülmüşdür.
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-dən 17-dək olan müddətdə rayon ərazisindəki bir həyətyanı sahədən məişət əşyaları və bir avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Mirzəxanov saxlanılmışdır.