Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının...

28.04.2021

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Zeynalov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 450 qram marixuana aşkar edilərək götürülmüşdür.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 13.600 manat, 3000 rubl pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - R.Balakişiyev və V.Hacıyev müəyyən edilərək saxlanılmışlar.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Zığ qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Heydərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 200 qram heroin, 3 kiloqram 361 qramdan artıq marixuana və 160 qrama yaxın həşiş götürülmüşdür.