Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin...

06.06.2021

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 6-da Ə.Əhmədov küçəsindəki yaşayış binasının qarşısında tapança patronuna aid 1 ədəd giliz və 2 ədəd güllə başlığı aşkar edilərək götürülmüşdür. Araşdırmalarla iyunun 6-na keçən gecə naməlum şəxsin tapançadan açdığı atəşdən evin birinci mərtəbəsində yerləşən təkər təmiri sexinə və 2-ci mərtəbədə yerləşən 2 mənzilin eyvanlarının pəncərə şüşələrinə ziyan dəyməsi, xəsarət alanın olmadığı müəyyən edilmişdir. Araşdırma aparılır.
 
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə iyunun 6-da saat 5 radələrində Buzovna qəsəbə sakini Q.Bağırovun evinə girmiş şəxsin ona, arvadına və oğluna  bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini A.Əliyev saxlanılmışdır. Yaralılar xəstəxanaya yerləşdirilmişlər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə cinayət işi başlanmışdır. Araşdırma aparılır.
 
İyunun 5-də saat 10 radələrində Nərimanov rayonunun Azadlıq prospektində, piyada zolağı olmayan yerdə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Eminbəyli və S.Quliyeva vurulmuşlar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadaların xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini M.Məmmədov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.