Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

15 yaşlı S.Mustafayevin ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən N.Hacıyev tutulub

26.07.2022

Bakı şəhər sakini, 15 yaşlı S.Mustafayevin ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən N.Hacıyev tutularaq istintaqa təhvil verilib
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə iyulun 26-da xəsarətlə xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini, 15 yaşlı S.Mustafayevin orada ölməsi barədə məlumat daxil olub. 
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün 16 yaşlı N.Hacıyevin münaqişə zəminində S.Mustafayevin baş nahiyəsinə yumruqla vurması və xəsarətlə xəstəxanaya yerləşdirilən S.Mustafayevin ölməsi müəyyən edilib. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən N.Hacıyev tutularaq istintaqa təhvil verilib. 
Faktla əlaqədar cinayət işi başlanılıb.