Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Qadının cüzdanını talamaqda şübhəli bilinən R.Nəsirov saxlanılıb

19.09.2022

Binəqədi qəsəbəsi ərazisində bir qadının cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Nəsirov saxlanılıb
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə sentyabrın 19-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 550 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini R.Nəsirov müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.