Binəqədi rayonu ərazisində qadına qarşı quldurluq etməkdə şübhəli bilinən C.Qurbanov saxlanılıb
03.04.2023
Aprelin 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində bir qadının içərisində pulu olan cüzdanının və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş C.Qurbanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.