Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Xəzər rayonunun Türkan qəsəbəsində evdən oğurluq etməkdə şübhəli bilinən Ə.Məsumzadə saxlanılıb

17.05.2023

Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Məsumzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.