Müxtəlif vaxtlarda 6 qadının ciblərindən və çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən R.Bəkirov və yeniyetmə qardaşı saxlanılıblar
09.01.2024
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı Metropolitenində və Səbail rayonu ərazisində 6 qadının ciblərindən və çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər soyğunçuluq və quldurluğa görə məhkum olunmuş R.Bəkirov və yeniyetmə qardaşı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.