Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Mətbuatda polis

«Polis» qəzeti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbu orqanıdır. Həftədə bir dəfə (cümə axşamı günü) Azərbaycan dilində, A2 formatında, rəngli nəşr edilir.

«Polis» qəzeti ilk növbədə, daxili işlər orqanlarının fəaliyyəti, baş verən cinayətlər və təqsirkar qismində saxlanılan şəxslər barədə mütəmadi olaraq məlumatlar verir. Eyni zamanda, hüquq-mühafizə orqanları, polisin fəaliyəti ilə əlaqədar olan, Azərbaycan Prezidenti, Nazirlər Kabineti və Milli Məclis səviyyəsində qəbul olunan qanun və qərarlar, imzalanan sərəncamlar çap edilir və ehtiyac olduqda, bu sənədlərə şərh vermək üçün mütəxəssislərə müraciət olunur. Bundan başqa, Daxili İşlər Nazirliyində keçirilən tədbirlər, görülən işlər barədə məlumatlar da dərc edilir.

 
UŞAQLARI-GƏLƏCƏYİ QORUYAQ!
Belə bir məhşur deyim vardır ki, cəmiyyət olan yerdə cinayət də olur. Deməli, cəmiyyətlər həm də cinayətkarlığın səviyyəsinə görə fərqlənirlər - bir toplumda cinayət az, digərində çox ola bilər.
Bəzən ekspertlər cinayətkarlığın səviyyəsinin, əsasən sosial-iqtisadi vəziyyətlə bağlı olduğunu qeyd edirlər. Bununla yanaşı, dəhşətli cinayətlərin inkişaf etmiş ölkələrdə də baş verdiyi etiraf edilir. Yəni, bu məsələdə psixoloji amillər də öz sözünü deyir.

 

POLİS - VƏTƏNDAŞ MÜNASİBƏTLƏRİ
70 il qapalı dövlətdə yaşadığımız üçün biz dünyada gedən proseslərdən kənarda qalmalı olmuşuq. Polis - vətəndaş münasibətlərinin də qapalı olduğu həmin dövrün təcrübəsi sübut edir ki, bu, hər baxımdan cəmiyyət maraqlarının ziyanına işləyib. Yüz ildən artıq tarixi olan kriminalistika hələ də bir suala cavab tapa bilmir - cinayətin qarşısını almaq üçün həmin hadisənin iştirakçısı olmaq vacibdirmi? Amma bu suala cavab axtaranda görürsən ki, cavab veriləcək suallar daha çoxdur. “İnsan niyə cinayət törədir?” sualı da cavabsızdır.
 
 
ATICILIQ TİRİNDƏ ZƏNGİN TƏƏSSÜRAT
Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə Tədbirlər Planına müvafiq olaraq mayın 2-də ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü münasibətilə paytaxt məktəbliləri DİN-in Təchizat İdarəsinin Atıcılıq tiri ilə tanış edilmiş, polis əməkdaşlarının “Makarov” tapançasından atəş məşqini izləmişlər.

 
QANUNÇULUQ ETİBARLI QORUNARSA...
Hər bir insanın təməl hüquqları var. Onlar məşhur “İnsan hüquqları Bəyannaməsi”ndə öz əksini tapıb. İnsan hüquqları anlayışının mahiyyəti ondan ibarətdir ki, bütün insanlar irqindən, cinsindən və sosial mənşəyindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və qanun qarşısında cavabdehdir. Bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir.
   
 
 

polis
ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ
Polisə kim etibar edir? - Vicdanı təmiz olanlar, qanunlar əsasında yaşayanlar. Polisə niyə hörmət edirlər? Çünki, qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir.
Həftə ərzində 7 gün , gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər.

 
BİR KÖRP ƏNİN TALEYİ


 MƏDƏNİ PİYADA, MƏDƏNİ SÜRÜCÜ OLMAQ
Yol nəqliyyat hadisələrinin artması son dövrün problemlərindən birinə çevrilib. Baxmayaraq ki, bu sahədə daha çox tədbirlər görülür, problemdən çıxmağın kompleks həllİ yolları axtarılır. Lakin yollarda baş verən qəza və ölüm sayını minimuma endirmək məsələsində mövcud çətinlikləri tam aradan qaldırmaq mümkün olmur.






 YOLLARDA HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Yol hərəkətinin təhlükəsizliyi üçün kompleks tədbirlər davam etdirilir. Əhalinin sıx məskunlaşdığı paytaxtda yeni yolların, yol qovşaqlarının çəkilməsi, yeraltı və yerüstü piyada keçidlərinin tikilib istifadəyə verilməsi də yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlib. Keçirilən sorğular, aparılan təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsi əksər hallarda hərəkət iştirakçılarının intizamının səviyyəsindən asılı olur.




POLİS İNSAN HÜQUQLARININ KEŞİYİNDƏDİR


POLİS İCTİMAİ ASAYİŞİ LAYİQİNCƏ QORUYUR

Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması diqqət mərkəzindədir. Son illər isə bir sıra ağır cinayətlərin çəkisində davamlı şəkildə azalma təmayülü müşahidə olunur. Bu müsbət tendensiya cari ilin ötən dövründə də davam etmişdir.