Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifəFaydalı məlumatlar › Qeydiyyat məsələləri

Azərbaycan Respublikası ərazisində Azərbaycan vətəndaşlarının yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması qaydaları haqqında.

                               Məlumat                   


 
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında», «Yaşayaış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunlarına və digər normativ hüquqi aktlara əsaslanmaqla Respublika ərazisində vətəndaşlar ərazi polis orqanlarının Qeydiyyat Məsələləri Bölməsi Xidmətləri tərəfindən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınır.

Azərbaycan Respublikası vətəndaşlarının ilk dəfə yaşayış yeri üzrə qeydiyyata alınması zamanı aşağıdakı sənədlər tələb olunur.
 
1. Dövlət Xidməti tərəfindən verilçiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya icarə və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayənişin ilə bağladığı icarə və ya kirayə müqaviləsi.
 
2. Yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd.

3. Vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Qeyd: Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni  yaşayış  yerinə  gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması  üçün  ərazi polis orqanına  müraciət  etməlidir.  Həmin  şəxslərdən  yeni    yaşayış  yeri  üzrə qeydiyyata alınması üçün yuxarıda göstərilən sənədlərdən əlavə  şəxsiyyət vəsiqəsi  (şəxsiyyət  vəsiqəsi ilə  təmin  olunmayan  şəxslərdən  isə   köhnə nümunəli şəxsiyyəti təsdiq edən sənəd) tələb olunur.
 
Hərbi qulluqçular (müddətli hərbi  qulluqçulardan başqa) yaşayış  yeri   üzrə ümumi qaydada qeydiyyata alınırlar.

Mənzillə təmin olunmayan hərbi xidmətdə olan hərbi qulluqçular  və  onların ailə üzvləri  mənzillə  təmin  olunana  qədər  müvafiq  ərazi  polis  orqanının qeydiyyat      məsələləri    xidməti    tərəfindən   hərbi   hissə komandanlığının  vəsatəti-məktubu  əsasında  hərbi  hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.
 
 Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısında (çipində) vətəndaşın yaşadığı yer və boyu barədə məlumatların dəyişdirilməsi “ASAN xidmət” mərkəzləri ilə yanaşı ərazi polis orqanlarının Qeydiyyat məsələləri xidmətləri tərəfindən həyata keçirilir.

Qeyd: Daxili İşlər Nazirlyinin müvafiq əmri ilə Qeydiyyat və şəxsiyyət vəsiqələri şöbələri 11.02.2019-cu il tarixdən ləğv edilərək əvəzində Qeydiyyat məsələləri xidmətləri yaradılmışdır.
Tam   fəaliyyət    qabiliyyəti  olmayan şəxslər, ruhi xəstələr və əqli cəhətdən zəif    olan   şəxslərin  qeydiyyata  alınması və  şəxsiyyət vəsiqəsi  ilə təmin olunması  üçün sənədləşmə  həmin  şəxslərin  qohumları  və yaxud qanuni nümayəndələrinin  iştirakı  ilə  aparılır.  Belə  şəxslər   ruhi-əsəb  xəstəlikləri dispanserində  və  yaxud  digər  məcburi müalicə müəssisələrində olduqları halda   onlara   şəxsiyyət   vəsiqəsi   həmin   məcburi müalicə ocaqlarından çıxdıqdan sonra verilir.

Azərbaycan Respublikası  vətəndaşının olduğu yer üzrə qeydiyyatı

-Mehmanxanaya,   sanatoriyaya,   istirahət evinə,  pansionata,    kempinqə, turist  bazasına, yataqxanaya, xəstəxanaya  və  digər  belə  ictimai  yerlərə gələn   vətəndaş olduğu  yer  üzrə qeydiyyata  alınması  məqsədi ilə  özü  üçün ərizə-anket (2 saylı əlavə) dolduraraq həmin yerin müdiriyyətinə verməlidir.
Qeyd: Yaşayış   yerindən   kənarda 60 günə qədər olduğu   yer  üzrə qeydiyyata alınan vətəndaşlar polis orqanlarına gəlmirlər,   onların qeydiyyatını olduqları yerin müdiriyyəti həyata keçirir.
- Yaşayış  yerindən   kənarda 60  gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş  həmin  yerə  gəldikdən  sonra  7 gün ərzində  (bazar  və  bayram günləri  istisna  olmaqla)  ərazi  polis  orqanının    qeydiyyat   məsələləri xidmətinə aşağıdakı sənədləri təqdim etməlidir:

-şəxsiyyət vəsiqəsi;
-ərizə-anket (2 saylı əlavə)

Qeyd: 60  gündən  artıq  olduğu  yer  üzrə   qeydiyyata   alınan   vətəndaşa qeydiyyata alınması  barədə  müvəqqəti  qeydiyyat vəsiqəsi  verilir (12 saylı əlavə). Həmin vəsiqə vətəndaşın şəxsiyyət vəsiqəsi  ilə  birlikdə təqdim edildikdə etibarlıdır.

Əlavə Məlumatlar

-Bakı şəhəri üzrə ərazi polis orqanlarının   qeydiyyat  məsələləri bölmələrində vətəndaşların sənədlərinin qəbulu həftənin 2,3,4 və 5-ci günləri (bazar,   bazar   ertəsi və   bayram günləri  istisna  olmaqla) saat 10:00-dan 13:00-dək  və 15:00-dan  18:00-dək, həftənin 6-cı günləri isə 10:00-dan 13:00-dək həyata keçirilir.
-Səhifədə qeyd olunan və sənədlərin qəbulu  zamanı tələb olunan ərizə formaları (ərizə-anketlər), AR vətəndaşları üçün 1 saylı və 2 saylı  əlavələr onlara qəbul zamanı qeydiyyat  məsələləri bölmələrində, 60 günədək olduğu yer üzrə qeydiyyata alınan vətəndaşlara  2  saylı əlavə olduqları yerdə verilir.
-Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata  alınmaq  üçün  tələb   olunan   sənədlərin   siyahıları, qəbul günləri və saatları, qeydiyyat   məsələləri xidmətlərində ödənilən  dövlət  rüsumlarının  məbləğləri barədə məlumatlar Xidmətlərin inzibati binalarının qəbul otaqlarının qarşısında görünən yerlərdə asılmış lövhələrdə yerləşdirilmişdir.

Bakı şəhər Baş Polis İdarəsinin
Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi İdarəsi


Sıra №-si
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
 
 Azərbaycan Respublikasının vətəndaşlarının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə
 
 1On  gün müddətində verildikdə və ya dəyişdirildikdə
 5 manat
 2Üç iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə  25 manat
 3Bir iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə 35 manat

  
QEYD: Şəxsiyyət vəsiqəsinin itirilməsinə və korlanmasına görə əlavə 10 manat dövlət rüsumu ödənilir.