Uşaqlar, diqqət!!!
Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi, təbliğat işinin gücləndirilməsi məqsədi ilə Bakı şəhər BPİ DYP İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 46 saylı Məktəbdənkənar Tərbiyə Işi Mərkəzi birgə fəaliyyət planına uyğun olaraq 1991-ci ildən başlayaraq 21 noyabr Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününü qeyd edir.
Tədbirin keçirilməsində məqsəd yol-qəza hadisələrində həlak olanların xatirəsini yad etməklə qəzalarda əlil olanlara maddi və mənəvi dəstək göstərmək, ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməkdir.
Mərkəzdə yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Bakı şəhər DYP İdarəsinin məsul şəxsləri, məktəb, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin uşaq və müəllimləri, valideynlər və KİV təmsilçiləri hər kəsi qanunlara riayət etməyə çağırdı, yol qəzaları qurbanlarının yaxınları isə faciənin ağırlığını tədbir iştirakçılarının diqqətə çatdırmışdır.