Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Büstü oğurlanmaqda şübhəli bilinən şəxslər saxlanılıb

26.03.2021

Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büstü oğurlanmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılmışlar.