Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Ticarət mərkəzində soyğunçuluq edən saxlanılıb

29.06.2021

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə iyunun 29-da rayon ərazisindəki ticarət mərkəzlərinin birində bir nəfərin Tovuz rayon sakini S.Orucovanın içərisində 600 manat dəyərində geyim əşyaları olan bağlamasını açıq talama yolu ilə aparması barədə məlumat daxil olmuşdur.
Qaradağ RPİ 10-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş X.Məmmədov müəyyən edilərək saxlanılmışdır.