Ölçü:
Nəsimi rayonu ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər müyyən edilərək saxlanılıb
01.08.2024
Nəsimi rayonu ərazisində bir nəfərə zor tətbiq edilməklə 200 manat pulunun və 2 ədəd mobil telefonunun alınması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Anar Mustafayev və Davud Abbasov müyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.