Dələduzluq əməllərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
12.09.2024
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda 9 nəfəri aldadan şəxsin ümumilikdə onların 3240 manat vəsaitini öz hesabına ödətdirməsi barədə müraciətlər daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı X.Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.