Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

DİN-in “Polis əməkdaşlığı proqramı” üzrə “Kibercinayətkarlıqla mübarizə” mövzusunda seminarı keçirilir

05.04.2017

Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” layihəsinin “Polis əməkdaşlığı proqramı” üzrə “Kibercinayətkarlıqla mübarizə” mövzusunda seminar keçirilir.

Aprelin 3-də işə başlayan və aprelin 7-dək keçiriləcək tədbirdə Almaniya Federal Kriminal Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin mütəxəssisləri iştirak edirlər.

Ekspertlər tərəfindən respublika Daxili İşlər Nazirliyinin aidiyyəti xidmətlərinin seminara cəlb olunmuş bir qrup əməkdaşına kibercinayətkarlıqla mübarizə mövzunda mühazirələrin oxunması, Almaniyanın müvafiq qurumunun nümayəndələrinin bu sahədə qazandıqları müsbət təcrübənin öyrənilməsinə, həmçinin xidməti fəaliyyətdə tətbiqinə, digər aktual məsələlərə dair müzakirələrin və ətraflı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.