Ötən gün baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb
10.04.2017
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 57 cinayət faktından 37-nin üstü “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan iki nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında beş yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli dörd fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər tutulub.