Bakı sakininin bank hesabından internet vasitəsilə pul çıxaran şəxs tutulub
17.06.2017
Bakı şəhər sakini Qızqayıt Abbasova mayın 11-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edərək banklardan birindəki hesabından 207 manat məbləğində vəsaitin yoxa çıxdığını bildirib.
Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsilə çıxarıldığı müəyyən edilib. Həmin şəxs iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.