Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Ulu öndərin xatirəsinə həsr olunan futzal turniri başlayıb

16.04.2019

Aprelin 16-da DİN-in İdman Cəmiyyətində Bakı şəhər BPİ və tabeli polis orqanları arasında ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunan futzal turnirinin açılış mərasimi keçirilib.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlayıb.
 
Tədbirdə çıxış edən Bakı şəhər BPİ Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov polis əməkdaşlarının idman həyatında əlamətdar hadisə olan turnirin hər il təkşil edildiyini və artıq bir ənənə halı aldığını, gərgin mübarizə şəraitində keçdiyini qeyd edib. 

İdarə rəisi ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün düşünülmüş siyasət müəyyən etdiyini deyib. 

Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini qeyd edən polis polkovniki, çoxsaylı olimpiya idman komplekslərinin istifadəyə verilməsinin, mötəbər beynəlxalq yarışların məhz Bakıda keçirilməsinin idmana dövlət səviyyəsində verilən yüksək dəyərin, eləcə də beynəlxalq etimadın bariz nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.

Ümumilikdə 15 komandanın iştirak etdiyi futzal turnirinin açılış günü üç oyun keçirilib. Birinci qarşılaşma Suraxanı və Səbail Rayon Polis idarələrinin komandaları arasında baş tutub və Suraxanı RPİ-nin komandası rəqibini böyük hesabla məğlub edib – 11:4.

Sabunçu və Binəqədi Rayon Polis idarələrin komandalarının görüşündən də birincilər qalıb ayrılıb. Gərgin mübarizə şaraitində keçən qarşılaşmada Sabunçu rayonunun polis əməkdaşları meydançadan bir top fərqilə üstün ayrılıblar – 5:4.

Pirallahı RPİ və Nizami RPİ-nin komandalarının qarşılasması da qapılara vurulan çoxsaylı qollarla yadda qalıb. Pirallahı əməkdaşlarının 3 topuna Nizami RPİ-nin idmançıları 9 topla cavab veriblər -  3:9.

Turnir bir neçə gün davam edəcək.
Oyunları respublika dərəcəli hakim Şıxıyev Elşən idarə edir.