Xətai rayonunda quldurluq edən Yardımlı rayon sakini saxlanılıb
27.07.2019
İyulun 26-da Xətai rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Z.Ağayevanı döyüb içərisində 600 manat pul və mobil telefon olan çantasını almışdır.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini E.Fətiyev saxlanılmışdır.
Xətai RPİ tərəfindən araşdırma aparılır.