Avtomobil qaçırmağa cəhd göstərən şəxslər saxlanılıb
19.08.2019
Avqutun 18-də rayon ərazisində Bakı şəhər sakini Ş.Xəlilova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmağa cəhd göstərilib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Rüstəmli və əvvəllər məhkum olunmuş E.Əsədli saxlanılmışdır.
Onların avqustun 16-da rayon ərazisindəki bir avtomobildən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.
Araşdırmalar davam etdirilir.