Xuliqanlıq etməkdə şübhəli bilinən avtobus sürücüsü saxlanılıb
09.12.2019
Dekabrın 4-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döymüşdür.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılmışdır.
Araşdırmalar aparılır.