Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

31.01.2020

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-dən cari il yanvarın 30-dək olan müddətdə Ramana qəsəbəsindəki evlərin birindən 700 manat və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan T.Səlimov saxlanılmışdır.

DİN Mətbuat Xidmətindən verilən mlumata görə, ətrafında aparılmış tədbirlərlə onun yanvarın 28-də daha bir evdən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Araşdırmalar davam etdirilir.