Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Əcnəbi vətəndaşı qarət edən iki nəfər tutulub

01.02.2020

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 31-də saat 3 radələrində H.Z.Tağıyev küçəsində  2 nəfərin ondan içərisində 1800 ABŞ dolları olan pulqabısını açıq talama yolu ilə aldığını bildirmişdir. 
  
DİN Mətbuat Xidmətinin məlumatına görə, dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Səbail RPİ-də araşdırma aparılır