Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Yanvarın 11-də saat 18 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində...

11.01.2018

Yanvarın 11-də saat 18 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində Bakı şəhər sakini İlham Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Zahid Şahbazovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 
Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Əli Babayevin 40 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini Siyavuş İbrahimov saxlanılmışdır.
 
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib.
Ətrafında aparılan tədbirlərlə onun ötən ilin sentyabrın 15-dən cari il yanvarın 9-dək olan müddətdə Bakı şəhər sakinləri olan İ.İmanova, R.Mikayılova, R.Məcidova, J.Salahovaya məxsus 4 avtomobildən, 1 evdən pul və məişət əşyaları, habelə 2 qadının mobil telefonlarını oğurlaması da müəyyən edilib.





Çap et  Çap et