Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Aprelin 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin buraxılış məntəqəsinin...

11.04.2018

Aprelin 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin buraxılış məntəqəsinin köşkünə girərək orada işləyən Bakı şəhər sakini Elnur Vəliyevə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Toğrul Əliyev Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilmişdir. T.Əliyevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq)maddəsi ilə axtarışda olması müəyyən edilmişdir. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Aprelin 11-nə keçən gecə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Mirməhəmməd Bəhrəmzadəyə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır. Aparılmış əməliyyat tədbirlərilə avtomobili qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nəcəfov avtomobillə birgə Goranboy rayonunun Əhmədabad kəndində BDYPİ və Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Bakı şəhər sakini olan 1 qadının çantasından 100 manat və 100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Qəribağa Xəlilov saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Samran Qədirova məxsus “Toyota” markalı avtomobildən 500 manat dəyərində qızıl boyunbağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rüstəm Rüstəmov saxlanılmışdır.





Çap et  Çap et