Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi...

07.01.2019

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.  Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı qəsəbəsi ərazisində yerləşən “Təmiz Şəhər” ASC-nin ərazisindən 1 ədəd pnevmatik tapança, 1 ədəd patron darağı, 1 ədəd alışqansız “F-1” qumbarası və 55 ədəd patron tapılaraq götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Abşeron rayon sakini Samir Qəmbərovdan çəkisi 13,5 kiloqrama yaxın marixuana götürülüb. Yasamal RPİ 26-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Həbib Məmmədzadənin üzərindən və evindən 1,3 kiloqramdan çox heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Paytaxtın Nərimanov və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini İbrahim Əlizadə olması, həmçinin  Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini A.Qazıyevanın “Opel” markalı avtomobilindən içərisində 100 manat pul, sənəd, geyim əşyaları və açar olan çantanı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Mustafa Sarıyev saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş Səddam Nəzərlinin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 16-dan noyabrın 23-dək olan müddətdə 3 nəfərin bank kartlarından ümumilikdə 649 manatı çıxararaq oğurlaması da müəyyən edilmişdir.

Yanvarın 7-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Füzuli rayon sakini Ruslan Süleymanov idarə etdiyi “Mercedes” markalı (yük) avtomobillə yolu keçən qəsəbə sakinləri Cəlal İsmayılovu və onun arvadı Xanımı vurmuşdur. Nəticədə X.İsmayılova hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et