Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın...

09.01.2019

Yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə konstruksiyalar və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılmışdır. Araşdırma aparılır.
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 12.000 ABŞ dolları, qızıl-zinət  əşyaları və qol saatı oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Sergey Pimenov saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Narkotik vasitə ilə tutulmuş Ramil Əliyevin ətrafında Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 4-də rayon ərazisindəki evlərin birindən televizor və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Gülnarə Novruzovanın ətrafında Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 25-də paytaxt sakini olan bir qadının çantasından 225 manat və 100 ABŞ dolları oğurlaması da müəyyən edilmişdir.

Yanvarın 9-da saat 10 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölmüşdür.  Xəzər RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et