Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Baş Cinayət Axtarışı İdarəsi, Yasamal RPİ və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri ...

28.01.2019

Baş Cinayət Axtarışı İdarəsi, Yasamal RPİ və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Z.Rzayev saxlanılmışdır.

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə yanvarın 28-də Bülbülə qəsəbəsi ərazisində 290 metr rabitə kabelinin oğurlanması barədə müraciət daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.

Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı sakini, əvvəllər məhkum olunmuş İ.Şərifovdan 485 qram, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Marzılı kənd sakini A.Musayevdən isə 135 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür. Araşdırma aparılır.

Yanvarın 28-də saat 16 radələrində Səbail rayonunun Salyan yolu küçəsində Bakı şəhər sakini E.Məmmədzadə idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini G.Ostraxankini vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 312-ci (rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə axtarışda olan T.Paşayev saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Z.Abduləzizov saxlanılmışdır.

Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 10-dan 28-dək olan müddətdə Nardaran qəsəbəsi ərazisindəki bağ evlərinin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Qəhramanov və N.Quliyev saxlanılmışdır.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan F.Səmədova saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən paytaxt sakini T.Mirzəyevə qarşı dələduzluq etməkdə şübhəli bilinən Beyləqan rayon sakini R.Əliyev saxlanılmışdır.

Yanvarın 27-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birində paytaxt sakini olan bir qadının içərisində geyim əşyası olan çantasını oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini E.Abbaslı oranın mühafizəçisi tərəfindən saxlanılmış və 22-ci PŞ-nin əməkdaşlarına təhvil verilmişdir.

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mailov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olanlar F.Dadaşov və O.Məmmədov saxlanılmışlar.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 23-də rayon ərazisində “Daewoo” markalı avtomobilin faralarını və akkumulyatorunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Babayev saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 11-də rayon ərazisindəki həyətlərin birindən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Fərzəliyev saxlanılmışdır.

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məhərrəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 509 qram olan heroin aşkar edilərək götürülmüşdür. Araşdırma aparılır.

Yanvarın 26-da Bakı şəhər sakini S.Şeşbekovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olmuşdur. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Araşdırmalarla qadının Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolu keçərkən avtomobillə vurulması müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilmişdir.  Həmin nəqliyyat vasitəsini idarə edən və hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Polis əməkdaşları hətta xidmətdən kənar vaxtı belə sayıqlıq və operativlik göstərərək cinayətlərin qarşısının alınmasında və açılmasında, təhlükəsizliyin qorunmasında fərqlənirlər. Yanvarın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 1 ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmağa cəhd göstərən şəxs xidmətdən kənar vaxtı həmin mağazada olan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən yaxalanıb. 13-cü Polis Bölməsinə təhvil verilmiş həmin şəxsin Bakı şəhər sakini Z.Kərimov olduğu müəyyən edilib. Araşdırma aparılır.





Çap et  Çap et