Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Fevralın 5-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan İ.Məmmədovun evinə gəlmiş...

05.02.2019

Fevralın 5-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan İ.Məmmədovun evinə gəlmiş Beyləqan rayon sakini V.Behbudov münaqişə zəminində ev sahibini bıçaqla, onun arvadı Sevinci isə boğaraq qətlə yetirmişdir. O, könüllü olaraq Nərimanov RPİ 18-ci PŞ-yə gələrək istintaqa təslim olmuşdur. Araşdırma aparılır. 

Fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyərək pul verməsini tələb etmələri, istədikərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb aradan çıxmaları barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat daxil olub.Dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş “Naqan” tipli tapança, alışqanı ilə birgə 1 ədəd “F-1” qumbarası və 39 ədəd avtomat patronu tapılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş A.Quliyevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 19-da rayon ərazisindəki evlərin birindən 600 manat oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 1 avtomobildən 250 manat və sənəd, habelə 3 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Novruzov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş V.Səmədovun ətrafında Yasamal RPİ 26-cı PB və Səbail RPİ 8-ci PB-lərin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini olan bir qadının içərisində pul və sənəd olan çantasını, bir qadının mobil telefonunu, bir ofisdən 2 ədəd noutbuk və mobil telefon, bir mağazadan 90 manat oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et