Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun ...

17.02.2019

Fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini N.Şahverdiyeva vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Nəsimi RPİ 19-cu PŞ və Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş, Qazax rayon sakini E.Eyvazov saxlanılmışdır.  Ətrafında aprılmış tədbirlərlə onun fevralın 7-də bir mağazadan 1200 manat, noutbuk və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et