Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən ...

21.02.2019

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən ötən il fevralın 27-də rayon ərazisindəki uşaq bağçalarının birindən kondisioner mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Xudadatov saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən fevralın 17-də rayon ərazisində bir avtomobildən 100 manat oğurlamaqda şübhəli bilinən  İmişli rayon sakini, əvvəllər məhkum olunmuş S.Nəsirli saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də paytaxt sakini O.Məmmədovun pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Astara rayon sakini Q.Rzayev saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən ötən il noyabrın 3-də rayon ərazisində bir avtomobildən 198 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ələkbərov saxlanılmışdır.

Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 1000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 20-dən fevralın 13-dək olan müddətdə daha 3 evdən pul, inşaat materialları, su mühərriki və kondinsioner oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş T.Məmmədovanın ətrafında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 25-də paytaxt sakini olan bir qadının içərisində 450 manat, mobil telefon  və sənədlər olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə “Binə” ticarət mərkəzində 4 nəfərə məxsus anbarlardan geyim əşyalarının oğurlanması barədə müraciətlər daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanılmışdır. Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maşatağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır. 

Oğurluq etdiyinə görə tutulmuş R.Əliyevin ətrafında Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 3-dən 5-dək olan müddətdə Nizami küçəsindəki binalardan 6 liftin əyləc sarğılarını oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et