Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

25.02.2019

Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də və 24-də “Bakı Telekom Rabitə” MMC-yə və 5 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərini kəsərək oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Ələkbərov saxlanılmışdır.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də paytaxt sakini olan bir qadının içərisində 90 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 423 manat oğurlamaqda və 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuşlar S.Pənahov və A.Həsənov saxlanılmışlar.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisində 1 avtomobildən 200 manat və 4500 ABŞ dolları oğurlamaqda, 1 avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini E.İsayev saxlanılmışdır.

Soyğunçuluq etdiyinə görə tutulmuş Qədir Rzayevin ətrafında Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 24-də C.Rüstəmovun velosipedini oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-dən fevralın 19-dək olan müddətdə rayon ərazisindəki 2 kafedən və  1  evdən elektrik alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov saxlanılmışdır.





Çap et  Çap et