Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının...

01.03.2019

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəniyev saxlanılmışdır. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 90 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
 
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 1-nə keçən gecə rayon ərazisindəki mağazaların birindən 425 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Əmiraslanov saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 evdən, 3 həyətyanı sahədən elektrik naqili, təmir-tikinti alətləri, məişət əşyaları və 3 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nəsirov saxlanılmışdır.

Dələduzluq etmiş R.Babayevanın ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 1000 ABŞ dolları və xalça oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et