Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş İ.Mürsəliyevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi...

19.03.2019

Oğurluq etdiyinə görə tutulmuş İ.Mürsəliyevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 1 yardımçı otaqdan, 1 həyətyanı sahədən və 1 mağazadan tütün məmulatı, kombi aparatı və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir. 

Martın 19-da saat 5 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində Lerik rayon sakini V.Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağstafa rayon sakini Elvin Zəkiyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Martın 19-da saat 15 radələrində Yasamal rayonunun N.Nərimanov küçəsində Bakı şəhər sakini M.Talıbov idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Amən Talıbovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş A.Talıbov orada ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.


Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülmüşdür. Araşdırma aparılır. 

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanov 9-cu mikrorayon ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan  “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır. 

Martın 18-də saat 21 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulmuşdur. Onlar xəstəxanaya müraciət etməmişlər. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini E.Alışov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. 

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mirzəzadə martın 17-nə keçən gecə Yeni Yasamal-1 yaşayış sahəsində evinin qarşısında saxladığı “Niva” markalı avtomobilinin yan güzgülərinin oğurlandığını bildirmişdir. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Q.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır. 





Çap et  Çap et