Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən ...

26.03.2019

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən martın 5-də rayon ərazisindəki mağazaların birindən 400 manat oğurlamaqda şübhəli bilinən Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılmışdır. 
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 17-də daha 2 marketdən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Hümbətovdan 410 qram heroin aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də və 25-də rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakini N.Dadaşov və Naxçıvan şəhər sakini E.Məmmədov saxlanılmışlar.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbəsindəki orta məktəblərin birindən 5 ədəd monitor, 3 ədəd prosessor, 3 ədəd klaviatura və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən qəsəbə sakini N.Baxışov və Ucar rayon sakini G.Alıyev saxlanılmışlar.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən martın 14-də rayon ərazisindəki fermaların birindən 1 ədəd ov tüfəngi, 13 ədəd pəncərə, 7 ədəd qapı çərçivələri, habelə darvaza oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini S.Əliyev saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən martın 21-də rayon ərazisindəki apteklərin birindən pul oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılmışlar.





Çap et  Çap et